Bazar, 28 Aprel

"Qızılcaya yoluxanların hamısı peyvənd olunmayanlardır" - Komitə sədri

image

"Nəinki indi, eləcə də COVID-19 dövründə də vaksinasiyaya qarşı müəyyən inamsızlıq var idi. İddia edirdilər ki, peyvəndlər insan sağlamlığı üçün təhlükəlidir, yaxud gen səviyyəsində müəyyən dəyişikliklər edilməsi üçündür".

Xəbər verilir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri təəssüf hissi ilə bildirib ki, hətta həkimlər arasında belə fikirdə olanlar da olub: “Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsində əsas məqsədlərindən biri insanları inandırmaqdır, onlar bilməlidir ki, yoluxucu xəstəliklərlə mübarizə aparmaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq. Bütün dünya peyvəndlərdən istifadə edir. Heç kimdə belə fikir yoxdur ki, peyvənd fəsadlar törədir. Bizdə isə yanlış fikirlər formalaşır. Bu gün qızılcaya yoluxanların 100 %-i peyvənd olunmayan insanlardır".

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39